Cənubi Koreyada Konstitusiya Məhkəməsi üzərində uçuşlar qadağan edilib
sizinxeber.az xəbər saytı

Cənubi Koreyada Konstitusiya Məhkəməsi üzərində uçuşlar qadağan edilib


Cənubi Koreya hökuməti Prezident Yun Sok Yolun impiçmenti ilə bağlı gözlənilən qərardan əvvəl Konstitusiya Məhkəməsi binası üzərində bütün uçuşları müvəqqəti olaraq qadağan edib.

“Sizinxeber.az” Koreya KİV-ə istinadən xəbər verir ki, qadağa 12 mart tarixindən qüvvəyə minir və 19 mart tarixinədək davam edəcək.

Bu tədbir qərarın verilməsi dövründə mümkün cinayətlərin və terror təhdidlərinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmənin qərarının dəqiq tarixi hələ elan edilməyib.

Qadağa fövqəladə hallara reaksiya xidmətlərinə məxsus olanlar istisna olmaqla, bütün hava gəmilərinə və dronlara şamil edilir.

Nazirlikdən bildirilib ki, vəziyyətdən asılı olaraq qadağanın 31 mart tarixinədək uzadılması imkanını nəzərdən keçirilir.

Oxşar xəbərlər

Dekabrın 27-də Cənubi Koreya prezidentinin impiçmenti ilə bağlı ilkin dinləmə keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezidentin impiçmentini müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Məhkəmə Cənubi Koreya Prezidentinin həbsini ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidentinin ölkədən çıxışına qadağa qoyulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Cənubi Koreya Prezidentinin impiçmenti parlamentdə kvorum olmadığı üçün baş tutmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər