ABŞ “HƏMAS” tərəfdarlarının vizalarını və “yaşıl kart”larını ləğv edəcək
sizinxeber.az xəbər saytı

ABŞ “HƏMAS” tərəfdarlarının vizalarını və “yaşıl kart”larını ləğv edəcək


ABŞ Dövlət Departamenti Fələstinin “HƏMAS” hərəkatının tərəfdarlarının giriş vizalarını və “yaşıl kart”larını ləğv edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “X” hesabında yazıb.

Onun sözlərinə görə, vizaları ləğv edilən şəxslər ölkədən deportasiya ediləcək.

Qeyd edək ki, martın 7-də “CBS News” telekanalı Amerika gömrük rəsmilərinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar uşaqlı miqrantların saxlanması praktikasını bərpa etməyi planlaşdırır.

İdarənin hesabatında bildirilib ki, bir gün əvvəl üç uşaqlı ilk ailə əcnəbilərin saxlanması üçün xüsusi mərkəzə çatdırılıb. Onların barəsində deportasiya qərarların qüvvədə olduğu qeyd edilib.

Oxşar xəbərlər

KİV: ABŞ-nin dövlət katibi Panamaya səfər edəcək
Tramp 240 min ukraynalı miqrantın statusunu ləğv etməyi planlaşdırır
Rubio: HƏMAS hakim qüvvə olaraq qaldıqca Qəzzada sülh mümkün deyil
Marko Rubio: Dövlət Departamenti kütləvi miqrasiyanın təşviqi ilə məşğul olmayacaq
HƏMAS-ın girov saxladığı ABŞ vətəndaşları azad edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər