BMT missiyasının helikopteri Cənubi Sudanda atəşə tutulub, ölənlər var
BMT-nin sülhməramlı missiyasının helikopteri Cənubi Sudanın şimal-şərqində atəşə tutulub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə BMT-nin Cənubi Sudandakı Missiyası (UNMISS) məlumat verib.
“Nəticədə bir neçə nəfər həlak olub, yaralananlar da var”, - məlumatda vurğulanıb.
Qeyd olunub ki, helikopter ölkənin şimal-şərqində yerləşən Yuxarı Nil ştatının Nasir bölgəsində təxliyə əməliyyatı həyata keçirirdi:
“Son həftələrdə Yuxarı Nil bölgəsində ordu ilə hazırkı vitse-prezident Riek Maçara yaxın silahlı dəstələr arasında münaqişənin kəskinləşməsi fonunda gərginlik artıb. Bu əməliyyat bütün tərəflərin xahişi ilə təşkil edilib. UNMISS hadisənin araşdırılmasını tələb edib və ölkə rəhbərliyini gərginliyin dialoq yolu ilə həlli üçün təcili müdaxilə etməyə çağırıb”.
Oxşar xəbərlər
Sudanda BMT helikopteri atəşə tutulub, general və daha bir neçə nəfər həlak olub
Suriyanın şimal-şərqində ABŞ-nin iki bazası atəşə tutulub
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, 18 nəfər ölüb
Suriyadakı Amerika bazası atəşə tutulub
Ukraynanın mərkəzi vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













