Almaniyanın 11 hava limanında tətillər keçiriləcək
Almaniyanın ən böyük aeroportlarının işçiləri martın 11-də tətil keçirəcəklər.
“Sizinxeber.az” DW-yə istinadən xəbər verir ki, aksiya Frankfurt, Münxen, Köln/Bonn, Düsseldorf, Dortmund, Hannover, Bremen, Hamburq, Berlin və Leypsiq-Halle hava limanlarını əhatə edəcək.
Aksiyanın səbəbi “Verdi” həmkarlar ittifaqı ilə işəgötürənlər arasında uğursuz danışıqlar olub. Həmkarlar ittifaqı dövlət sektorunda çalışan 2,5 milyon işçi üçün kollektiv əmək müqaviləsinə nail olmağa çalışır. Onların əsas tələbləri: əmək haqqının 8 % artırılması, bonus ödənişlərinin artırılması və üç əlavə istirahət günüdür.
Lakin federal hökumət və yerli hakimiyyət orqanları bu tələblərin maliyyə baxımından yerinə yetirilməsinin mümkün olmadığını bildiriblər.
Daha əvvəl tətillər bir neçə aeroportları əhatə edərək aviaşirkətlərin işinə mane olub.
Oxşar xəbərlər
Finlandiyada ticarət işçilərinin tətili başlayıb
“Volkswagen” 2030-cu ilə qədər əməkdaşları işdən çıxarmadan 35 min iş yerini ixtisar edəcək
Moldovada dəmiryolçular fevralın 14-dən etiraz aksiyalarına başlayacaqlar
Ermənistanda tətil səbəbindən mis-molibden kombinatına 1 milyon dollardan çox ziyan dəyib
Finlandiyada sənaye və nəqliyyat işçiləri tətil edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
