Çin ABŞ-nin kənd təsərrüfatı məhsullarına rüsum tətbiq edə bilər
sizinxeber.az xəbər saytı

Çin ABŞ-nin kənd təsərrüfatı məhsullarına rüsum tətbiq edə bilər


Çin ABŞ-nin kənd təsərrüfatı və ərzaq məhsulları idxalına əlavə rüsumlar tətbiq etməyi düşünür.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Global Times” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu tədbirlər ABŞ Prezidenti Donald Trampın tarif siyasətinə cavab olacaq.

“Əgər ABŞ birtərəfli tariflərin tətbiqində israr edərsə və müvafiq tədbirləri rəsmən elan edərsə, o zaman Çin mütləq qətiyyətli, güclü əks tədbirlər görəcək”, - məlumatda bildirilib.

Mənbə əlavə edib ki, Çin tariflərlə bağlı olmayan digər cavab tədbirləri də elan edə bilər.

Qeyd edək ki, fevralın 1-də Tramp Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflər tətbiq edən fərman imzalayıb.

Oxşar xəbərlər

KİV: ABŞ Aİ mallarına rüsum tətbiq etsə, birlik sərt cavab verəcək
ABŞ Kanadaya ciddi xəbərdarlıq edib
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək
ABŞ Kanada, Çin və Meksikadan idxal edilən mallara rüsum tətbiq edəcək - YENİLƏNİB
Avropa İttifaqı ABŞ-nin təhdidlərini cavabsız qoymayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər