“HƏMAS” fevralın 20-də ölən girovların meyitlərini İsrailə təhvil verəcək
Fevralın 20-də Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin meyitlərini İsrail tərəfinə təhvil verəcək.
“Sizinxeber.az”un məlumatına görə, müvafiq bəyanatı “HƏMAS”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının rəsmi nümayəndəsi Əbu Ubeydə yayıb.
Onun sözlərinə görə, Bibas ailəsinin üzvləri və Oded Lifşitsin meyiti cümə axşamı qarşı tərəfə təhvil veriləcək: “Onların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub”.
Qeyd edək ki, Kfir Bibas 2023-cü il oktyabrın 7-də “HƏMAS” silahlıları tərəfindən əsir götürülən zaman doqquz aylıq, qardaşı Ariel isə dörd yaşında olub. Onlar anası və atası ilə birlikdə Qəzzaya aparılıb.
Oxşar xəbərlər
“HƏMAS” azad ediləcək üç girovun adını vasitəçilərə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS: İsrailə əsirlərin növbəti siyahısı yanvarın 24-də təhvil veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS-ın yeni lideri bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: HƏMAS girovların siyahısını cümə günləri təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













