İlham Əliyev: Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır
Prezident İlham Əliyev Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etməyib.
"Sizinxeber.az" xəbər verir ki, o, bu sözləri Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən deyib.
“Əgər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkündür. Əvvəla nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq”, - deyə dövlət başçısı bildirib.
Azərbaycanın iki ölkə ilə münasibətlərin praqmatizmini nəzərə alaraq bu prosesdə müəyyən rol oynaya biləcəyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Biz heç vaxt bu proseslə bağlı təşəbbüs irəli sürməmişik. Bilirəm ki, bu işdə iştirak etmək istəyənlər çoxdur. Amma iştirakımız tələb olunarsa, biz hazırıq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır
Volodimir Zelenski: "Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini uzatmaqdan imtina edir"
Rusiya ilə Ukrayna arasındakı humanitar dəhliz bağlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
