İspaniyada Rusiyaya ixraca qoyulan embarqonu pozmaqda şübhəli bilinən beş nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

İspaniyada Rusiyaya ixraca qoyulan embarqonu pozmaqda şübhəli bilinən beş nəfər saxlanılıb


İspaniyanın hüquq-mühafizə orqanları Rusiyaya kimyəvi komponentlərin tədarükünə qoyulan embarqonu pozmaqda şübhəli bilinən beş nəfəri saxlayıb.

“Sizinxeber.az” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə İspaniya Milli Polisi məlumat yayıb.

"Həmin şəxslər Barselona və Valensiya əyalətlərində Milli Polis, Gömrük və Vergi xidmətlərinin əməkdaşları tərəfindən saxlanılıb. Bundan başqa, üç müəssisədə axtarışlar zamanı elektron daşıyıcılar və sənədlər müsadirə edilib", - məlumatda qeyd olunub.

Bu tədbirlər İspaniya hüquq-mühafizə orqanlarının 2024-cü ilin oktyabrında keçirdiyi əməliyyatın davamıdır. Həmin vaxt Barselona limanının gömrüyündə Rusiyaya tədarükünə embarqo qoyulan və elə bu ölkəyə göndərilməsi planlaşdırılan 13 ton kimyəvi maddə müsadirə edilmişdi.

Oxşar xəbərlər

İspaniyada yeddi ton kokaini müsadirə edilib
İspaniyada rekord həcmdə kokain partiyası müsadirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər