Yaponiya ABŞ-dən münasib qiymətlərlə enerji resurslarının stabil tədarükündə maraqlıdır
Yaponiya ABŞ-dən münasib qiymətlərlə enerji resurslarının stabil tədarükündə maraqlıdır.
“Sizinxeber.az” NHK telekanalına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Siqeru İsiba mayeləşdirilmiş təbii qazın (LNG) idxalının artırılması ilə bağlı ABŞ Prezidenti Donald Trampla danışıqların yekunu üzrə əldə olunan razılaşmanı şərh edərkən deyib.
“Alyaskada yeni yataq işlənilir. Təbii ki, boru xətti çəkilməlidir. Bununla belə, onun məsafə baxımından yaxın və təchizatın sabit olması vacibdir. Yaponiyanın enerji ilə özünü təmin etmə səviyyəsi gələcəkdə artacaq. Lakin bu, bir gecədə baş verməyəcək. Ona görə də təbii ki, münasib qiymətlərlə stabil tədarük ölkəmizin milli maraqlarına uyğundur”, - hökumət başçısı əlavə edib.
Qeyd edək ki, söhbət Alyaskadakı ərazilərdən gedir. Oradan tədarükləri həyata keçirmək üçün yataqları ABŞ-nin qərb sahilindəki limanla birləşdirmək, yanacağın Asiyaya ixracı planlaşdırılan bir boru kəməri çəkmək lazımdır. Boru kəmərinin uzunluğu 1,3 min km olacaq və ümumilikdə layihə 44 milyard dollar dəyərində qiymətləndirilir.
Oxşar xəbərlər
Yaponiya ABŞ-dən rekord həcmdə LPG almağa başlayacaq
Yaponiya İndoneziyaya patrul katerləri verəcək
Yaponiyanın Baş naziri Trampla danışıqlar aparacaq
Putin: Rusiya Çinə neft və qaz tədarükündə birinci yeri tutub
Siqeru İsiba Yaponiyanın Baş naziri seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
