Serbiya Prezidenti etirazçıları fevralın 5-də danışıqlara dəvət edib
sizinxeber.az xəbər saytı

Serbiya Prezidenti etirazçıları fevralın 5-də danışıqlara dəvət edib


Serbiya Prezidenti Aleksandr Vuçiç etiraz edən tələbə və müəllimləri fevralın 5-də danışıqlara rəsmən dəvət edib.

“Report” yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Belqrad rektorluğuna rəsmi məktub göndərilib.

"Əgər ali məktəb müəllimləri və tələbələr tələblərin bir qisminin yerinə yetirilmədiyi və ya tam yerinə yetirilmədiyi mövqeyini tuturlarsa, bu barədə, eləcə də hazırkı vəziyyətin aradan qaldırılması üçün dialoq açmaq lazımdır. Sizi fevralın 5-də gənclərin və bütün cəmiyyətin rifahı naminə söhbətlərə başlamağa dəvət edirəm", - məktubda bildirib.

Qeyd edək ki, Serbiyada tələbələr hakimiyyəti onların tələblərini yerinə yetirməməkdə günahlandıraraq etiraz aksiyaları keçirirlər. Buna səbəb Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində 15 nəfərin ölməyidir. Aksiya zamanı onlar faciə qurbanlarının xatirəsini 15 dəqiqəlik sükutla yad ediblər.

Oxşar xəbərlər

Serbiyada vağzal binasının talvarının uçması nəticəsində 14 nəfər həlak olub - YENİLƏNİB
Serbiyada vağzal binasının talvarı uçub, 13 nəfər həlak olub
Serbiyada vağzal binasının talvarının uçması nəticəsində ölənlərin sayı artıb
Çin Serbiyada etirazlar fonunda Prezidenti dəstəkləyib
Serbiyada etirazçılar ən böyük nəqliyyat qovşağını bağlayıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle