sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kaliforniyada neft zavodunda partlayış baş verib, xəsarət alanlar var
Kaliforniyanın Martines şəhərində neft emalı zavodunda yanğın baş verib, azı üç nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb.
Qəzetə görə, hadisə “Shell Avenue”da olub. Jurnalistlər partlayış və genişmiqyaslı yanğına karbohidrogenlərin sızmasının səbəb olduğunu öyrəniblər. Müxbirlərin bildirdiyinə görə, özünütəcrid əmri yanğın başladıqdan üç saat sonra verilib.
Müəssisənin üç işçisi yüngül xəsarət alıb, neft emalı zavodunun bütün işçiləri təxliyə edilib.
Oxşar xəbərlər
Türkiyədə “Tupras” neft emalı zavodunda partlayış baş verib
Türkiyədə TÜPRAŞ neft emalı zavodunda partlayış olub, 12 nəfər yaralanıb - YENİLƏNİB
ABŞ-da neft emalı zavodunda baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb
Rusiyada neft emalı zavodunda güclü partlayış baş verib
Türkiyədə neft emalı zavodunda partlayış baş verib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













