ABŞ-də təyyarə qəzasının səbəbləri ilə bağlı ilkin versiya açıqlanıb
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində oksigen balonları partlamış ola bilər.
“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalının efirində Filadelfiya radiosunun aparıcısı Riç Zeoli bildirib.
"Filadelfiya Polis Departamentindəki mənbələrim deyir ki, bu, tibbi təyyarə olduğu üçün oksigen yanacaqla qarışa bilərdi. Bu, gördüyümüz (qəza yerində -red) böyük alov şarına səbəb ola bilərdi", - o deyib.
Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, “Learjet 55” yanvarın 31-də yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə fevralın 1-i 03:30-da) Filadelfiyanın şimal-şərqindəki hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə iki nəfər olub.
Təyyarə Filadelfiyanın şimal-şərqindəki hava limanından qalxdıqdan 30 saniyə sonra 1600 fut (487 metr) yüksəklikdə radarlardan itib. CBS telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib ki, təyyarə yaşayış binalarına çırpılıb.
Məlumata görə, hadisədən sonra Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə ev yanıb.
Oxşar xəbərlər
Filadelfiyada təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb
ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb
Braziliyada təyyarə binalara çırpılıb, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
