Kaya Kallas: Aİ Suriyadakı vəziyyətlə bağlı həm regional, həm də beynəlxalq aktorlarla sıx əməkdaşlıq edir
sizinxeber.az xəbər saytı

Kaya Kallas: Aİ Suriyadakı vəziyyətlə bağlı həm regional, həm də beynəlxalq aktorlarla sıx əməkdaşlıq edir


Avropa İttifaqı (Aİ) Suriyada baş verənləri izləmək üçün həm regional, həm də beynəlxalq aktorlarla sıx əməkdaşlıq edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Aİ Xarici İşlər Şurasının bu gün keçirilən iclasından əvvəl mətbuata açıqlamasında deyib.

O, Aİ-nin Suriyada baş verənləri izləmək üçün həm regional, həm də beynəlxalq aktorlarla sıx əməkdaşlıq etdiyini bildirib:

"Biz Dəməşqdə səfirlik, Avropa İttifaqı Nümayəndəliyini açmağa hazırıq. Suriyanın gələcəyi kövrəkdir, lakin ümidvericidir. Biz doğru addımların atılmasına şərait yaratmalı və həmin addımları görməliyik. Hazırda onlar düzgün işlər də görürlər. Buna davam etsələr, biz də addım atmağa hazırıq".

Ali nümayəndə bugünkü iclasda Suriyaya qarşı sanksiyaların yüngülləşdirilməsi üçün yol xəritəsi hazırlamaq barədə qərar qəbul edə biləcəklərini də vurğulayıb:

"Əvvəlcə ölkənin yenidən qurulması üçün ən çox ehtiyac duyulan sahə üzrə sanksiyaları aradan qaldırmalıyıq".

Oxşar xəbərlər

Avropa İttifaqı Suriyaya tətbiq olunmuş sanksiyaların yumşaldılmasını müzakirə etməyə hazırdır
Aİ bu gün Suriyaya qarşı sanksiyaların yumşaldılmasına dair razılaşma qəbul edə bilər
Aİ-nin ali nümayəndəsi Rusiyaya qarşı sanksiyaların uzadılacağına ümid edir
Kaya Kallas sabah Türkiyəyə səfər edəcək
Avropalı diplomatlar Dəməşqə səfər edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər