Avropa İttifaqı Suriyaya tətbiq olunmuş sanksiyaların yumşaldılmasını müzakirə etməyə hazırdır
Avropa İttifaqı Suriyaya tətbiq olunmuş sanksiyaların yumşaldılmasını müzakirə etməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində danışıb.
O qeyd edib ki, hazırda Suriyanın doğru yolda olub-olmaması barədə bir şey demək üçün tezdir:
"Biz Suriyadakı hökumətin daha əhatəli, hərtərəfli olduğunu görmək istəyirik. Yəni orada heç bir radikallaşma görmək istəmirik. Ölkənin sabit olması hər kəsin marağındadır. Sanksiyaların yumşaldılmasını müzakirə etməyə hazırıq, lakin bunu mərhələli şəkildə edəcəyik. Yəni doğru yolda irəliləsələr, biz də öz üzərimizə düşən addımları atmağa hazırıq".
K.Kallas vurğulayıb ki, Suriyanın yeni müvəqqəti hökuməti yanlış istiqamətdə addımlar atarsa, Aİ geri çəkiləcək və bəzi sanksiyaları yenidən tətbiq etməyə hazır olacaq:
"Suriya məsələsini yanvarın 27-də müzakirə edəcəyik. Aİ xarici işlər nazirlərinin toplantısı olacaq və müzakirə edəcəyimiz mövzulardan biri də budur. Biz Suriyanı yenidən qurmaq üçün üzərimizə düşəni etməyə hazırıq".
Oxşar xəbərlər
Kallas: Aİ Suriyaya qarşı sanksiyaların ləğvini yanvarın sonunda müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ rəsmiləri Dəməşqdə Suriyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kaya Kallas: Suriyada həm ümid, həm də çətinliklər mövcuddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Suriyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kaja Kallas: Suriyada həm ümid, həm də çətinliklər mövcuddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












