Avropa İttifaqı Suriya iqtisadiyyatının bərpasını dəstəkləmək istəyir
sizinxeber.az xəbər saytı

Avropa İttifaqı Suriya iqtisadiyyatının bərpasını dəstəkləmək istəyir


Avropa İttifaqı Suriya iqtisadiyyatının bərpasını dəstəkləmək istəyir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib.

"Avropa İttifaqı və Türkiyə arasında ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə etdik. Bizim xarici siyasətimizdə də bir çox ortaq məsələlər var. Görüş çərçivəsində Suriyadakı vəziyyəti müzakirə etdik. Əsəd rejiminin devrilməsi bir ümid doğursa da, ciddi təhdidlər də mövcuddur", - o əlavə edib.

K.Kallas vurğulayıb ki, Suriya xalqının ölkəni hərtərəfli təmsil edən bir hökumətə ehtiyacı var:

"Bu həm də Aİ-nin Suriya ilə bağlı hədəfidir. Biz Suriya iqtisadiyyatının bərpasını dəstəkləmək istəyirik. Aİ, yeni hökumətin fəaliyyətlərinə əsasən, Suriyaya tətbiq edilən sanksiyaları yumşaltmağa da hazırdır".

Oxşar xəbərlər

Avropa İttifaqı Suriyaya tətbiq olunmuş sanksiyaların yumşaldılmasını müzakirə etməyə hazırdır
Kaya Kallas: Bəşşar Əsəd rejiminin süqutu Suriya xalqı üçün tarixi bir məqamdır
Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb
Əhməd əl-Şaraa: Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir
Səkkiz ərəb naziri İordaniyada Suriya ilə bağlı görüş keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər