Antonio Koşta Aİ-nin müdafiəsinin gücləndirilməsi sahəsində əlavə səylərə çağırıb
Avropa İttifaqı (Aİ) daxilində sülhün təmin edilməsi üçün müdafiə, suverenlik və strateji muxtariyyət üçün daha çox məsuliyyət götürmək lazımdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Strasburqda Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu səbəbdən 2022-ci ildən sonra üzv dövlətlər müdafiə ilə bağlı büdcələrini artırıblar:
"Bu gün həm NATO-nun, həm də Aİ-nin üzvü olan 23 dövlət ÜDM-in 2 %-dən çox hissəsini öz müdafiəsinə xərcləməlidir".
A.Koşta qeyd edib ki, növbəti illərdə döyüş sursatlarının, ikili təyinatlı məhsulların istehsalı, kritik müdafiə materialları ilə təminat da daxil olmaqla müdafiə sahəsində əlavə səylər tələb ediləcək.
O həmçinin fevralın 3-də Avropa İttifaqının müdafiə məsələləri üzrə qeyri-rəsmi sammitini çağırıb:
"Bu, Aİ ölkələri rəhbərlərinin müdafiə sahəsində gələcək qərarlar və siyasi direktivlər üçün zəmin hazırlamaq məqsədilə yalnız müdafiə məsələlərinə həsr olunmuş ilk görüşüdür".
Oxşar xəbərlər
Antonio Koşta: Ukrayna və Moldovanın gələcəklərinin Avropa İttifaqında olacağına şübhə yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antonio Koşta: Avropa İttifaqı təyyarə qəzasının hərtərəfli araşdırılması ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ lideri Antonio Koşta Azərbaycan Prezidentinə zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antonio Koşta təyyarə qəzası ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də Avropa Birliyinin gələcək liderinin adını açıqlayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













