Tramp ABŞ-nin yenidən Paris İqlim Sazişindən çıxması haqqında fərman imzalayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Paris İqlim Sazişindən yenidən çıxması haqqında fərman imzalayıb.
Bu barədə “Report” ABŞ mətbuatına istinadən xəbər verir.
Dövlət başçısı bunu Vaşinqtondakı “Capital One” İdman-Konsert Kompleksində tərəfdarlarının iştirakı ilə edib.
Respublikaçı qlobal istiləşmə konsepsiyasının elmi etibarlılığına dair şübhələrini dəfələrlə dilə gətirib. O, 2017-ci ildə ABŞ-ni Paris İqlim Sazişindən çıxarıb. 2020-ci ilin noyabrına qədər ölkə razılaşmadan çıxma prosesini başa çatdırıb, lakin 2021-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Cozef Bayden Vaşinqtonun Paris Sazişinə qayıtması haqqında fərman imzalayıb.
Paris İqlim Sazişi 2015-ci ilin dekabrında imzalanıb, sənədə 195 ölkə imza atıb. Şərtlərə əsasən, iştirakçı ölkələr qlobal iqtisadiyyatın sənaye öncəsi inkişaf mərhələsi ilə müqayisədə orta illik temperaturun artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə karbon dioksid emissiyalarını könüllü azaltmağa söz veriblər.
Oxşar xəbərlər
KİV: ABŞ Tramp dövründə Paris iqlim sazişindən yenidən çıxa bilər
Ağ Ev: ABŞ Paris iqlim sazişindən yenidən çıxacaq
ABŞ yenidən Paris iqlim sazişindən çıxa bilər
Tramp Bayden administrasiyasının 80-ə yaxın qərarını ləğv edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
