Kolumbiyada üsyançılar arasında toqquşmalarda ölənlərin sayı 60-a çatıb
sizinxeber.az xəbər saytı

Kolumbiyada üsyançılar arasında toqquşmalarda ölənlərin sayı 60-a çatıb


Kolumbiyanın şimalında silahlı üsyançılar arasında toqquşmalarda ölənlərin sayı 58-ə çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə hökumətə istinadən "El Tiempo" qəzeti məlumat yayıb.

Ən çox qurbanlar Tibu və Teorama bələdiyyələrində olub - müvafiq olaraq 19 və 22 nəfər. Nəşrin məlumatına görə, toqquşmaların baş verdiyi Katatumbo bölgəsinin sakinləri kütləvi şəkildə başqa ərazilərə üz tuturlar.

Üsyançı “Milli Azadlıq Ordusu” ilə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvlərinin yaratdığı qruplar arasında toqquşmalar bir neçə gündür davam edir. Cümə günü Prezident Qustavo Petro “Milli Azadlıq Ordusu”nun hərəkətlərini müharibə cinayəti adlandırıb və sülh danışıqlarının dayandırıldığını elan edib. Silahlı Qüvvələr Katatumboya əlavə hərbçilər göndərib.

Oxşar xəbərlər

Kolumbiyada silahlı qruplaşmalar arasında münaqişədə 12 nəfər öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 320-ni keçib - YENİLƏNİB - 4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər ölüb - YENİLƏNİB - 3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 180-i ötüb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kolumbiyada hərbçilər içərisində bir ton kokain olan laboratoriya aşkarlayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər