

İsrail Ordusu: Qəzzada məktəbdə HƏMAS və "İslami Cihad"ın komandirləri zərərsizləşdirilib
İsrail hərbçiləri avqustun 10-da səhər saatlarında Qəzza zolağında Əl-Tabain məktəb kompleksinə endirdiyi zərbələr zamanı Fələstinin HƏMAS və "İslami Cihad" qruplaşmalarının bölmə komandirlərini zərərsizləşdirib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova bildirib.
Onun sözlərinə görə, hazırda zərərsizləşdirilmiş 19 nəfərin şəxsiyyəti müəyyənləşib.
A.Ukolova qeyd edib ki, kəşfiyyat məlumatlarına görə, qruplaşma məktəb binasından İsrailə qarşı terror aktlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat mərkəzi kimi istifadə edib.
O əlavə edib ki, mülki və humanitar hədəfləri vurmaq onların (HƏMAS-red) məlum strategiyasıdır və Qəzza sakinlərinin riskə atılması barədə çoxsaylı faktlar var:
"Zərbə terrorçuların orada olması barədə dəqiq kəşfiyyat məlumatı alındıqdan sonra həyata keçirilib".
Avqustun 10-da səhər saatlarında İsrail Müdafiə Qüvvələri ölkənin hərbi hava qüvvələrinin Fələstinin HƏMAS radikal hərəkatının Qəzza şəhərində Əl-Tabain məktəbində yerləşən qərargahına hücum etdiyini bildirib. Fələstin anklavının mülki müdafiə xidmətinin məlumatına görə, sözügedən zərbələr 11-i uşaq və 6-sı qadın olmaqla azı 93 nəfər həlak olub.
Oxşar xəbərlər
Qəzzada HƏMAS liderlərindən biri öldürülüb
İsrail “HƏMAS” üzvlərinin gizləndiyi məktəbləri bombalayıb, 30 nəfər ölüb
İsrail Qəzzanın cənubunda aktiv döyüş əməliyyatlarına başlayıb
İsrail ordusu HƏMAS-ın UNRWA məktəbinin ərazisindəki obyektinə zərbə endirib
İsrail ordusu tunel şəbəkəsində döyüşə girdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
