BMT: Qəzzada məktəblərin 88 %-i hücumlar nəticəsində dağıdılıb və ya zədələnib
sizinxeber.az xəbər saytı

BMT: Qəzzada məktəblərin 88 %-i hücumlar nəticəsində dağıdılıb və ya zədələnib


Qəzza zolağında məktəb binalarının azı 88 %-i İsrailin hücumları nəticəsində dağıdılıb və ya ciddi şəkildə zədələnib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında İsrailin hücumları nəticəsində 564 məktəb binasından 496-sı (88 %) dağıdılıb və ya ciddi şəkildə zədələnib. Eyni zamanda, Fələstin anklavında binaların təxminən 69 %-i dağıdılıb və ya zədələnib.

HMƏİ daha əvvəl bildirmişdi ki, BMT 2024-cü il oktyabrın 6-dan dekabrın 15-dək İsrailin Qəzzada məktəblərə 95 hücumunu sənədləşdirib. Bu binaların əksəriyyəti məcburi köçkün fələstinlilər üçün sığınacaq kimi xidmət edirdi.

Oxşar xəbərlər

BMT: Qəzzada məktəblərin 88%-i İsrailin hücumları nəticəsində dağıdılıb və ya zədələnib
İsrailin Qəzzaya hücumlarında azı 50 fələstinli həlak olub.
İsrailin Qəzzaya hücumlarında azı 50 fələstinli həlak olub
İsrailin Qəzzaya hücumlarında azı 100 fələstinli həlak olub
İsrailin Qəzzaya zərbəsi nəticəsində səkkiz nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər