Latviya öz ərazisinə MDB ölkələri vətəndaşlarının girişi üçün tələbləri sərtləşdirməyi planlaşdırır
Latviyanın Milli Təhlükəsizlik üzrə Parlament Komissiyası Seym Rəyasət Heyətinə İmmiqrasiya Qanununa düzəlişlər təqdim edib.
“Report” yə istinadən xəbər verir ki, düzəlişlərə əsasən, Rusiya, Belarus və digər MDB ölkələrinin vətəndaşları Latviyaya daxil olmamışdan öncə səfərləri haqqında məlumat təqdim etməlidirlər.
Qanun layihəsinin müəllifləri qeyd ediblər ki, Macarıstan kimi bəzi Şengen zonası ölkələri rusiyalılara və belaruslulara viza verərkən ciddi yoxlamalar aparmırlar. Eyni zamanda, Riqa hesab edir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü səbəbindən Rusiya və Belarus vətəndaşları Latviyanın təhlükəsizliyinə təhdid yarada və kəşfiyyat fəaliyyəti ilə məşğul ola bilərlər.
Təşəbbüs çərçivəsində Latviyaya səfər etmək istəyən rusiyalı və belarusluların əvvəlcədən xüsusi sorğu vərəqəsi doldurmaları, səfərin məqsədini, marşrutunu, vaxtını və qalma yerini, əlaqə məlumatlarını, həmçinin Rusiya dövləti və güc strukturları ilə əlaqələri haqqında məlumat göstərmələri təklif olunur.
Bu məlumatların təqdim edilməməsi və ya yanlış məlumatların göstərilməsi 2 000 avroya qədər cərimə ilə sonuclanacaq. İstisnalar yalnız diplomatlar və ölkəyə qısamüddətli rəsmi səfərlər edən şəxslər üçün ediləcək.
Komissiyanın digər təklifi MDB ölkələri vətəndaşlarının Latviyanın sərhədyanı zonasına yalnız Dövlət Təhlükəsizlik Xidmətinin icazəsi ilə buraxılmasıdır.
Oxşar xəbərlər
Rusiya bu ölkədə əməliyyatlara başlaya bilər - Xəbərdarlıq
Latviya komandalarının Rusiya və Belarus milliləri ilə üz-üzə gəlməsi qadağan edilib
Putin üç ölkə sakinləri üçün Rusiya vətəndaşlığına qəbulu sadələşdirib
Rusiya PUA-sı Latviya ərazisinə düşüb
AK rusiyalılara viza verilməsi ilə əlaqədar Macarıstandan izahat tələb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













