Fransalı deputat "X" sosial şəbəkəsindən şikayət edib
Avropa Parlamentinin Fransadan olan deputatı Avrora Lalyuk ölkənin “Arcom” media tənzimləyicisinə "X" sosial şəbəkəsindən şikayət edib.
“Report” “Point” nəşrinin məlumatına istinadən xəbər verir ki, buna İlon Maskın "Х" sosial şəbəkəsinin alqoritmlərini manipulyasiya etməsi ehtimalı səbəb olub.
"Avropa Parlamentinin deputatı Rəqəmsal Xidmətlər haqqında Avropa Reqlamentinə (DSA) uyğun olaraq “Arcom”a "X"dan şikayət edib. O, hökumətlərə və Avropa liderlərinə qarşı hücumları və qitədə ifrat sağçıların dəstəklənməsini pisləyir", - nəşr qeyd edir.
Şikayət Maskın "X"da Almaniya üçün alternativ" sağçı partiyasının həmsədri Alisa Vaydel ilə debat keçirəcəyi gün edilib.
"Maskın öz istifadəçilərinin kontentinin ziyanına, eləcə də şəxsi maraqları və ideyalarının xeyrinə öz mesajlarının yayılmasına kömək etmək üçün platformanın alqoritmlərindən sui-istifadə edib-etmədiyini soruşmaq lazımdır", - Avropa Parlamentinin deputatı “Arcom” rəhbərinə ünvanlandığı məktubda yazıb.
Oxşar xəbərlər
Avropa Parlamentinin ziddiyyətli addımı Azərbaycanda sərt tənqidə səbəb olub
Avropa Parlamentinin qətnaməsində Bidzina İvanişviliyə sanksiyaların tətbiq olunmasına çağırış edilib
Komitə sədri: Milli Məclis Avropa Parlamentinin absurd iddialarına vaxtında və tutarlı cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bölgələrdə PENSİYALAR bu tarixdə ÖDƏNİLƏCƏK
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İrandan Hörmüzdə yeni mexanizm: Yalnız bu ölkələr...
