Komitə sədri: Milli Məclis Avropa Parlamentinin absurd iddialarına vaxtında və tutarlı cavab verib
sizinxeber.az xəbər saytı

Komitə sədri: Milli Məclis Avropa Parlamentinin absurd iddialarına vaxtında və tutarlı cavab verib


Milli Məclis Avropa Parlamentinin absurd iddialarına, yalan faktlarına tutarlı və vaxtında cavab verib.

“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin oktyabrın 29-da keçirilən plenar iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O qeyd edib ki, Qərbin müəyyən təsisatları bu cür addımları əvvəl də atırdı, sonra isə gəlib üzr istəyirdilər:

“Bizdən üzr istədikdən sonra yenidən belə addımlar atırdılar. Əslində, Avropa Parlamentinin 120 deputatı bu sənədin əleyhinə çıxış edib. Macarıstan, İtaliya, Avropa İttifaqına daxil olmayan Türkiyə, Serbiya və digər ölkələr Avroparlamentin bu addımına cavab veriblər.

Gürcüstan da bu məsələyə sillə kimi cavab verdi. Hesab edirəm ki, bu addımlara qarşı birləşmək bizim üçün vacibdir”.

Oxşar xəbərlər

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatını müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan üçün 4 ölkə müraciət etdi: Qərar dəyişəcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər