Panama kanalının rəhbəri ABŞ-nin yeni prezidentilə bağlı xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

Panama kanalının rəhbəri ABŞ-nin yeni prezidentilə bağlı xəbərdarlıq edib


“Donald Trampın Panama kanalına nəzarətin ABŞ-a qaytarılması ilə bağlı tələblərinin yerinə yetirilməsi gəmiçilikdə xaosa gətirib çıxaracaq”.

“Sizinxeber.az” xəbər verir ki, bunu kanalı idarə edən şirkətin rəhbəri Rikaurte Vaskes Morales edib.

Onun sözlərinə görə, qaydalarda istisnalar olmur: “Biz çinlilərə, amerikalılara və ya başqalarına qarşı ayrıseçkilik edə bilmərik. Bu, neytrallıq müqaviləsini, beynəlxalq hüququ pozacaq və xaosa gətirib çıxaracaq. Çinin Panama kanalına nəzarət etməsi ilə bağlı ittihamlar əsassızdır. Çinin bizim əməliyyatlarımızla heç bir əlaqəsi yoxdur”.

Gəmilərin Panama kanalından keçməsinin dəyəri 300 min dollardan 1 milyon dollara qədər dəyişdiyini etiraf edən Vaskes Morales deyib: “Tariflər dünyanın hər yerindən gələn bütün gəmilərə aiddir, istisnalar yoxdur”.

O, Trampın ABŞ gəmilərindən kanaldan keçmək üçün daha yüksək ödənişlər tələb olunduğuna dair iddialarını təkzib edib. Vaskes Morales bildirib ki, yeganə istisna ABŞ hərbi gəmiləridir ki, onlara kanaldan keçməyə üstünlük verilir.

Oxşar xəbərlər

Prezident Mulino Panama kanalının ABŞ-nin nəzarətinə keçməyəcəyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trampın keçid komandası Panamaya qarşı hərbi gücün tətbiqini istisna edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika Panama kanalı ilə bağlı mübahisədə Panamanı dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mulino Panama kanalının ABŞ-ın nəzarətinə keçməyəcəyini deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Panama kanalının ABŞ-nin mülkiyyətinə qaytarılmasını tələb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər