Cənubi Koreya müxalifəti parlamentə baş nazirin impiçmenti barədə təklif göndərib
sizinxeber.az xəbər saytı

Cənubi Koreya müxalifəti parlamentə baş nazirin impiçmenti barədə təklif göndərib


Cənubi Koreyanın əsas müxalif Demokrat Partiyası bu gün parlamentdə prezident vəzifəsinin müvəqqəti icraçısı və baş nazir Han Dok Sunun impiçmenti barədə təklif irəli sürüb.

Bu barədə “Report” "Yonhap" agentliyinə istinadən xəbər verir.

Qanuna əsasən, parlament 24-72 saat ərzində impiçment məsələsi ilə bağlı səsvermə keçirməlidir. Demokrat Partiyası səsverməni dekabrın 27-də təşkil etməyi planlaşdırır.

Partiya bu addımı Han Dok Sunun partiyalar arasında kompromisə nail olunana qədər Konstitusiya Məhkəməsinə çatışmayan üç hakimin təyin edilməsindən imtina etdikdən sonra atıb. Öz növbəsində, Demokrat Partiyası Han Dok Sunu hakimlərin namizədliyini təsdiq etməyəcəyi təqdirdə impiçmentlə hədələyib.

Namizədlər təsdiqləndikdən sonra onlar digər altı hakimə qoşulacaq və Konstitusiya Məhkəməsi hakimiyyətdən kənarlaşdırılmış prezident Yun Sok Yolun işi ilə məşğul ola biləcək. Məhkəmə yaxın aylarda parlamentin prezidentin impiçmenti ilə bağlı qərarını qüvvədə saxlayıb-saxlamamağa qərar verməlidir. İş üzrə ilkin dinləmə dekabrın 27-nə təyin edilib.

Əgər məhkəmə prezidenti hakimiyyətdən kənarlaşdırmağa qərar versə, 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.

Oxşar xəbərlər

Cənubi Koreya prezidenti üçün impiçment proseduruna başlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Cənubi Koreya Prezidentinin impiçmenti parlamentdə kvorum olmadığı üçün baş tutmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya prezidentinin impiçment proseduru başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan prezidentinin impiçmenti üzrə səsvermə bu ilin sonuna baş tutacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dekabrın 27-də Cənubi Koreya prezidentinin impiçmenti ilə bağlı ilkin dinləmə keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər