Cənubi Koreya polisi “Jeju Air” təyyarəsinin qəzasından sonra silsilə axtarışlar aparıb
sizinxeber.az xəbər saytı

Cənubi Koreya polisi “Jeju Air” təyyarəsinin qəzasından sonra silsilə axtarışlar aparıb


Cənubi Koreya polisi bu yaxınlarda ölkədə baş vermiş ən böyük təyyarə qəzasının günahkarlarını müəyyən etmək üçün Muan Beynəlxalq Hava Limanında, eləcə də Pusan regional aviasiya idarəsinin ofislərində və “Jeju Air” aviaşirkətinin Seuldakı ofislərində silsilə axtarışlar aparıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Araşdırma xüsusi yaradılmış istintaq şöbəsi tərəfindən aparılır. Hələlik təqsirləndirilən şəxslər yoxdur, polisin lazımi maddi sübutların götürülməsi üçün orderi var.

Xatırladaq ki, “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yerinə yetirən təyyarəsi eniş edə bilməyib və beton hasara çırpılaraq partlayıb. Təyyarənin göyərtəsində olan 181 nəfərdən 179-u ölüb.

Mütəxəssislər artıq təyyarənin pilot kabinəsindəki səs qeydedicisindən məlumatları əldə ediblər.

Oxşar xəbərlər

Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 167-yə çatıb - YENİLƏNİB - 3
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 176-ya çatıb, üç nəfər itkin düşüb - YENİLƏNİB-5
Cənubi Koreyada baş verən təyyarə qəzasında 174 nəfərin öldüyü təsdiqlənib - YENİLƏNİB - 4
Cənubi Koreya polisi təyyarə qəzası ilə bağlı Muan aeroportunda axtarış aparıb
ABŞ və “Boeing” Cənubi Koreyaya Muandakı aviaqəzanın araşdırılmasında kömək edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle