“Euronews”: 2024-cü il Emmanuel Makronun karyerasında ən pis il olub
2024-cü il Fransa Prezidenti Emmanuel Makronun siyasi karyerasında ən uğursuz illərdən biri olub.
“Sizinxeber.az” xəbər verir ki, “Euronews”un ilin ən uğurlu və uğursuz siyasətçiləri haqqında icmalında bildirilir ki, Fransadakı siyasi və iqtisadi çətinliklər onun karyerasını təhlükə altına alır.
Məqalə müəlliflərinin fikrincə, bir zamanlar Makron ən güclü və avropayönümlü milli liderlərdən biri hesab olunurdu, lakin indi görünür ki, onun qarşısında "axsaq ördək" olmaq dayanır.
Hər halda, bu il Fransa Prezidenti üçün fəlakətli olub. İyunda Avropa Parlamentinə seçkilərdə onun ifrat sağçı rəqibləri – “Milli Birlik” 81 yerdən 30-nu qazanıb. Bunun ardınca ölkədə keçirilən növbədənkənar seçkilər Milli Assambleyada mərkəzçi çoxluğun itirilməsi ilə nəticələnib.
Sabiq Avropa komissarı Mişel Barnyenin rəhbərliyi altında hökumət qurmaq cəhdi 2025-ci il büdcəsi üzrə konsensusa nail olmağa çalışarkən uğursuzluğa düçar olub.
Onun varisi, makronçu Fransua Bayrunun daha çox şeyə nail olacağı fakt deyil. Bundan əlavə, Paris avrozonada ən yüksək kəsirlərdən birini azaltmağı tələb edən Brüsselin təzyiqi altındadır.
Oxşar xəbərlər
Fransa parlamentində müxalifət baş nazirə etimadsızlıq votumu irəli sürüb
KİV: Makron etimad səsverməsindən yayınmaq üçün müxalifətə güzəştə getməyə hazırdır
Parisin mərkəzində minlərlə insan Makronun istefası tələbi ilə etiraz aksiyası keçirib
Makron Bayrunu prezident olmaq istədiyinə görə baş nazir təyin etməkdən qorxub
Makron parlamentdə çoxluğu qazanmağa ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











