Aktauda təyyarə qəzasında xəsarət alan üç Rusiya vətəndaşı xəstəxanadan buraxılıb
sizinxeber.az xəbər saytı

Aktauda təyyarə qəzasında xəsarət alan üç Rusiya vətəndaşı xəstəxanadan buraxılıb


Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan altı nəfərin stasionar müalicəsi davam edir. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Üç nəfər səhhətinin yaxşılaşması səbəbindən xəstəxanadan buraxılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.

"Aktauda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan üç Rusiya vətəndaşı səhhətlərinin yaxşılaşması səbəbindən xəstəxanadan buraxılıb. Altı nəfərin stasionar müalicəsi davam edir. Onlardan üçünün vəziyyəti ağır olaraq qalır, digər üç nəfərin, o cümlədən bir uşağın vəziyyəti orta ağırdır. Xəstələr bütün zəruri müalicəni alırlar", - A.Kuznetsov qeyd edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Oxşar xəbərlər

Rusiya Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qalır [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində yaralanan Rusiya vətəndaşlarının durumu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktauda təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşlarının durumu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Səhiyyə Nazirliyi: Aktauda Azərbaycanın üç vətəndaşının müalicəsi davam etdirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşları dekabrın 30-da vətənə göndəriləcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər