sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində yaralanan Rusiya vətəndaşlarının durumu açıqlanıb
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus təyyarənin Qazaxıstanın qərbində qəzaya uğraması nəticəsində xəsarət alan 6 Rusiya vətəndaşının stasionar şəraitdə müalicəsi davam edir.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Aleksey Kuznetsov deyib ki, yaralılardan 3-nün durumu ağırdır: “Aktauda qəzada xəsarət alan 3 rusiyalı vəziyyətlərinin yaxşılaşması ilə əlaqədar xəstəxanadan buraxılıb. Stasionar şəraitdə 6 nəfərin müalicəsi davam edir, onlardan 3-nün durumu ağırdır. Biri uşaq olmaqla, digər 3 nəfərin durumu isə orta-ağırdır”.
Oxşar xəbərlər
Aktauda təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşlarının durumu açıqlanıb
Təyyarə qəzasında xəsarət alanlardan 9-u evə buraxılıb
Vüqar Qurbanov: Təyyarə qəzasında xəsarət alanlardan doqquzunun müalicəsi ev şəraitində davam edəcək - YENİLƏNİB
Rusiya Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qalır
TDT Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













