Lavrov misirli həmkarı ilə Suriyanı müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Misirin xarici işlər və mühacirət naziri Bədr Abdel Ati Suriyadakı vəziyyəti müzakirə edib və ölkənin suverenliyinə güclü dəstək ifadə ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda deyilir.
Söhbət zamanı Suriyada cərəyan edən hadisələrə xüsusi diqqət yetirilməklə, aktual Yaxın Şərq problemlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər BMT Baş katibinin və onun Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersenin və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində təsbit edilən bu ölkədə sabitliyin və vətəndaş sülhünün bərqərar olunmasına dəstək üçün beynəlxalq səylərin birləşdirilməsində fəal rolunun lehinə danışıblar.
Suriya Ərəb Respublikasının suverenliyinin, müstəqilliyinin, birliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasına güclü dəstək ifadə olunub.
Oxşar xəbərlər
Araqçı Lavrova zəng edərək Suriyadakı eskalasiyanı müzakirə edib
Hakan Fidan bir neçə ölkədən olan həmkarı ilə Suriya məsələsini müzakirə edib
Lavrov suriyalı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
Səkkiz ərəb naziri İordaniyada Suriya ilə bağlı görüş keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
