Qırğızıstan Prezidenti: Qanunsuz hərəkətlərin qarşısını daha əvvəl almaq olardı
sizinxeber.az xəbər saytı

Qırğızıstan Prezidenti: Qanunsuz hərəkətlərin qarşısını daha əvvəl almaq olardı


Qırğızıstan Prezidenti Sadır Japarov Nazirlər Kabinetinin keçmiş sədri Akılbek Japarovun istefasına münasibət bildirib.

Bu barədə “Report” Qırğızıstan KİV-lərinə istinadən xəbər verir.

Prezidentin sözlərinə görə, istefa vergi sahəsindəki pozuntuların araşdırılması fonunda maraqlar toqquşmasını aradan qaldırmaq zərurətindən irəli gəlib.

O vurğulayıb ki, vergi orqanı birbaşa keçmiş baş nazirin nəzarətində olub, bununla belə, aksiz markalarıyla bağlı problemləri daha əvvəl həll etmək olardı.

"Bildiyiniz kimi, aksiz markalarıyla bağlı bütün fırıldaqlar bu gün araşdırılır. Vergi sahəsi birbaşa Akılbek Japarovun nəzarətində idi. Bu qanunsuz hərəkətlərin qarşısını daha əvvəl almaq olardı. Bu kimi addımlara və Dövlət Vergi Xidmətinin rəisinin saxlanılmasına görə, bu gün istintaq gedir, şəxsi maraqların təqibi olmasın deyə, mən onu vəzifəsindən kənarlaşdırmağa məcbur oldum", - S.Japarov bildirib.

Xatırladaq ki, bu gün Qırğızıstan Prezidenti Sadır Japarov Adılbek Kasımaliyevi Nazirlər Kabinetinin sədri və prezident administrasiyasının rəhbəri, həmçinin Daniyar Amangeldiyevin Nazirlər Kabinetinin birinci müavini, Bakıt Sıdıkovun isə iqtisadiyyat və ticarət naziri təyin edilməsi haqqında fərmanlar imzalayıb.

Oxşar xəbərlər

Qırğızıstanda Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib
Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək
Sadır Japarov: COP29 ən yüksək səviyyədə təşkil olunub
Sadır Japarov: Qloballaşma şəraitində iqlim dəyişikliyi məsələləri xüsusi diqqət tələb edir
Qırğızıstan Prezidenti koreyalı həmkarı ilə əməkdaşlığı müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle