ABŞ Yəməndə husilərin Müdafiə Nazirliyinin binasına zərbə endirib
sizinxeber.az xəbər saytı

ABŞ Yəməndə husilərin Müdafiə Nazirliyinin binasına zərbə endirib


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yəməndə, Sanada husilər hökumətinin "Ansar Allah" hərəkatının Müdafiə Nazirliyinin binasına hava zərbəsinin endirilməsini təsdiqləyib.

“Sizinxeber.az” xəbər verir ki, müvafiq məlumatlar ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri Sanada İranın dəstəklədiyi husilərin əsas komandanlıq və İdarəetmə məntəqəsinə (Müdafiə Nazirliyinin binası - red.) yüksək dəqiqlikli hava zərbəsi endirib", - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, bina husilərin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və Qırmızı dənizdəki ticarət gəmilərinə hücumlarının əlaqələndirilməsi üçün əsas mərkəzdir.

Bundan əvvəl “Al Hadath” telekanalı mənbələrinə istinadən ABŞ-nin Sana və Xodeyd şəhərlərinə kütləvi hava hücumu təşkil etdiyini bildirib. Husilərin hərbi obyektlərinin hücuma məruz qaldığı iddia edilib.

Oxşar xəbərlər

ABŞ Yəməndə husilərin hədəflərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ qüvvələri Yəməndə husilərə məxsus silah anbarlarına zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Böyük Britaniya Yəməndə 30 hədəfə aviazərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Britaniya hərbçiləri husilərin Hudeydədəki bazasına hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ husilərə məxsus raket, dron və idarəetmə stansiyasını məhv etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər