ABŞ husilərə məxsus raket, dron və idarəetmə stansiyasını məhv etdiyini açıqlayıb
sizinxeber.az xəbər saytı

ABŞ husilərə məxsus raket, dron və idarəetmə stansiyasını məhv etdiyini açıqlayıb


ABŞ hərbçiləri Yəməndə husilərə məxsus ərazilərdə iki raketi və idarəetmə stansiyasını məhv edib. Həmçinin ABŞ qüvvələri Qırmızı dənizdə yaraqlıların bir suüstü dronunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, bu əməliyyatlar 8 avqust tarixində həyata keçirilib. Qeyd olunub ki, USCENTCOM “İranın dəstəklədiyi husilərə məxsus iki gəmi əleyhinə qanadlı raketi” və Yəməndə yerləşən bir yerüstü idarəetmə stansiyasını “uğurla məhv edib”.

Bundan əlavə, ABŞ hərbi qurumu Qırmızı dənizdə husilərə məxsus bir ekipajsız suüstü gəminin məhv edildiyini bildirib.

“Bu silahlar ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün aşkar və birbaşa təhlükə yaradıb”, – Mərkəzi Komandanlıq görülən tədbirləri vurğulayıb.

Həmçinin Amerika tərəfi qeyd edib ki, “İranın dəstəklədiyi husilərın bu məsuliyyətsiz və təhlükəli davranışı regional sabitlik və təhlükəsizliyi təhdid etməyə davam edir”.

Oxşar xəbərlər

ABŞ Qırmızı dənizdə husilərə məxsus dörd pilotsuz gəmini vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin gəmisi Qırmızı dənizdə husilərin iki raketini vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Yəməndə zenit-raket sistemini sıradan çıxarıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Qırmızı dənizin cənubuna gəmi əleyhinə ballistik raketlər atıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ esminesi Qırmızı dəniz üzərində husilərin PUA-sını vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər