İsrail Colan yüksəkliklərindəki yaşayış məntəqələrində demoqrafik artımı stimullaşdıracaq
İsrail Hökuməti Colan yüksəkliklərindəki yaşayış məntəqələrində demoqrafik artımı stimullaşdırmağı nəzərdə tutan planı bəyənib.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Baş nazir Binyamin Netanyahunun dəftərxanası məlumat yayıb.
Bu planın reallaşdırılması üçün 40 milyon şekel (11,1 milyon dollar) vəsait ayrılacaq.
Qeyd edilib ki, Baş nazir müharibəni və Suriyaya qarşı yeni cəbhəni nəzərə alaraq Colandakı yaşayış məntəqələrində demoqrafik artımın stimullaşdırılmasını nəzərdə tutan proqramın birinci mərhələsini bu gün hökumətin təsdiqi üçün təqdim edib. Plan Nazirlər Kabinetində yekdil şəkildə qəbul edilib.
Açıqlamada Colan yüksəkliklərindəki yaşayış məntəqələrinin möhkəmlənməsinin İsrail Dövlətinin möhkəmlənməsi demək olduğu vurğulanıb.
Qeyd edək ki, Colan yüksəklikləri İsrail və Suriya arasında mübahisə mövzusudur.
Oxşar xəbərlər
Nazir: “Əsədin devrilməsi İsrail dövlətini məhv etməyi qarşısına məqsəd qoyan İranın şər oxuna ağır zərbədir”
KİV: İsrail Colan təpələrinə hücumdan sonra Livanla genişmiqyaslı müharibə planlaşdırmır
İsrail “Hizbullah”a qarşı iki hava hücumu həyata keçirib
İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var
Netanyahu: Colan təpələri həmişə İsrailin bir hissəsi olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













