ABŞ Cənubi Koreyanın müvəqqəti rəhbərliyi ilə əməkdaşlığa hazırdır
ABŞ Koreya Respublikasının prezidenti səlahiyyətlərini icra edən, Baş nazir Han Deok Su ilə əməkdaşlığa hazırdır.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfərindən sonra İordaniyada keçirdiyi mətbuat konfransında bildirib.
"Koreya Respublikası demokratik möhkəmliyini nümayiş etdirdi. O, konstitusiyasında əksini tapmış prosesi dinc şəkildə izlədi. Biz prezident Han Deok Su ilə işləməyə hazırıq", - Blinken deyib.
Dövlət katibi əlavə edib ki, ABŞ Koreya xalqını, həmçinin Vaşinqton və Seul arasında ittifaqı dəstəkləyir.
Bundan əvvəl Cənubi Koreya parlamenti prezident Yun Sok Yola qarşı impiçment elan edib və bu qərar hələ Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməyib. Parlamentin 300 deputatından 204-ü impiçmentin lehinə səs verib. Yun Sok Yol hazırda prezident səlahiyyətlərini icra edən baş nazirin ətrafında toplaşmağa çağırıb.
Oxşar xəbərlər
Cənubi Koreya parlamenti ədliyyə nazirinə etimadsızlıq göstərib
Cənubi Koreya Prezidenti: İmpiçment proseduruna hazıram
Cənubi Koreya parlamenti prezident Yun Sok Yola impiçment elan edib
KİV: Cənubi Koreya Prezidentinin impiçmenti parlamentdə kvorum olmadığı üçün baş tutmayıb
Cənubi Koreya parlamenti prezidentin impiçmentini dəstəkləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
