ABŞ ordusu hipersəs raketinin sınağını keçirib
ABŞ orta mənzilli hipersəs raketinin (Long Range Hypersonic Weapon - Qeyd ) sınaq buraxılışını həyata keçirib.
“Sizinxeber.az” xəbər verir ki, ABŞ ordusunu və Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün hazırlanan “Dark Eagle” raketinin buraxılışı Florida ştatındakı Kanaveral burnundan həyata keçirilib.
İlkin məlumata görə, bu, raketin standart buraxılış qurğusundan atıldığı ilk uğurlu uçuş sınağı olub.
“Lockheed Martin” şirkəti tərəfindən hazırlanan “Dark Eagle” hipersəs raketi saatda təxminən 6 min kilometr sürətlə uçmağa qadirdir. O, hündürlükdə manevr edə bilir ki, bu da raketdən müdafiə sistemlərinin raketi aşkarlamasını çətinləşdirir. Raketin layihə uzaqlığının 2775 kilometr olduğu bildirilir.
Oxşar xəbərlər
ABŞ ordusu hipersəs raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb
ABŞ ballistik raketi ilk dəfə uğurla zərərsizləşdirib
Fransa yeni nəsil hava hücumundan müdafiə sisteminin ilk sınağını keçirəcək
Zelenski: Ukraynada ballistik raketin sınağı uğurlu keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
