Moldova Prezidenti energetika nazirini vəzifəsindən azad edib
sizinxeber.az xəbər saytı

Moldova Prezidenti energetika nazirini vəzifəsindən azad edib


Moldova Prezidenti Maya Sandu Viktor Parlikovun energetika naziri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, sənəd prezidentin rəsmi saytında dərc edilib.

“Viktor Parlikov energetika naziri vəzifəsindən istefa verir. Sərəncam imzalandığı gündən qüvvəyə minir”, - sərəncamın mətnində deyilir.

Xatırladaq ki, bu gün Moldovanın Baş naziri Dorin Reçan Parlikovun, “Energocom”un rəhbəri Viktor Bınzarinin və “Moldovagaz”ın Müşahidə Şurasının üzvü Sergey Tofilatın istefasını tələb etmişdi.

Oxşar xəbərlər

Moldova qaz ehtiyatlarının həcmini iki dəfə azaldacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər