Vyana məhkəməsi ukraynalı milyarderi ABŞ-a ekstradisiya etməkdən imtina edib
Vyana Regional Cinayət Məhkəməsi ukraynalı iş adamı Dmitri Firtaşın ABŞ-a ekstradisiyasının qeyri-mümkün olduğuna dair qərar çıxarıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avstriya Mətbuat Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu barədə qərar noyabrın 7-də qəbul edilib. Vyana prokurorluğu artıq apellyasiya şikayəti verib. Apellyasiya şikayəti vermək üçün son tarix dekabrın 16-dır.
Dmitri Firtaş 2018-ci ilə qədər bir sıra Ukrayna müəssisələrinə, o cümlədən regional qazpaylayıcı şirkətlərin 70%-nə sahib olan milyarderdir.
2014-cü ilin martında o, ABŞ-ın tələbi ilə Avstriyada saxlanılıb. Milyarder Ukrayna hüdudlarından kənarda korrupsiya cinayətlərində ittiham edilib. O vaxtdan iş adamı Avstriyada yaşayır və ekstradisiya qərarını gözləyir.
Oxşar xəbərlər
İlkin Süleymanovun apellyasiya şikayəti təmin edilməyib
Saxlanılan sabiq vəkil Elman Paşayev həbsindən apellyasiya şikayəti verib
Azərbaycanda kişiyə fantastik məbləğdə aliment kəsildi
Məhkəmə Biləsuvarda keçmiş polisi qətlə yetirən şəxslə bağlı qərar verib
Bakıda həbs edilən ukraynalı milyoner Oleq Bakinskinin istəyi reallaşmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












