Berlində bir gecədə 17 yük maşını yandırılıb
Almaniyanın paytaxtı Berlində, eləcə də Lixtenberq və Martsan rayonlarındakı iki sənaye dayanacağında ötən gecə 17 yük maşını yandırılıb.
“Report” Almaniya KİV-inə istinadən xəbər verir ki, polis yanğının siyasi motivlərlə törədilə biləcəyini istisna etmir.
Məlumata görə, ilk yanğınlar səhər saat 3 radələrində baş verib. Lixtenberqdə səkkiz yük maşını yanıb, doqquz nəqliyyat vasitəsi isə Lixtenberq və Martsan rayonlarının sərhədində yandırılıb.
Diqqətçəkən məqam odur ki, yük maşınlarının bir qismi beton istehsalı ilə məşğul olan “Cemex” şirkətinin ərazisində yerləşib. Şirkət artıq hücumlara məruz qalıb - bir il əvvəl onun Berlindəki əmlakı, ehtimal ki, yollardan birinin genişləndirilməsində iştirakına görə yandırılıb. Yanğınların söndürülməsinə 100-dən çox yanğınsöndürən cəlb edilib.
Xəsarət alanlar barədə məlumat yoxdur. Polis və yanğınsöndürmə xidmətləri hadisələrin səbəblərinin araşdırır.
Oxşar xəbərlər
Ağdamda 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb
Laçında 1 tondan artıq çətənə bitkisi yandırılıb
Ağstafada yük maşını yanıb
Təl-Əvivdə yük maşını avtobus dayanacağına çırpılıb, onlarla insan xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
