Reuters: ABŞ Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır
sizinxeber.az xəbər saytı

Reuters: ABŞ Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır


ABŞ Ukraynaya 725 milyon dollar məbləğində növbəti hərbi yardım paketi təqdim etməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ rəsmi şəxslərindən olan mənbənin sözlərinə görə, paketə tankəleyhinə silahlar, pilotsuz uçuş aparatları, minalar, “Stinger” daşınan zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatları daxil olacaq.

Silahlar ABŞ anbarlarından Kiyevə təhvil veriləcək.

Daha əvvəl “Politico” nəşri məlumat vermişdi ki, ABŞ Prezidenti Cozef Bayden Kiyevə hərbi yardım və əvvəllər Ukrayna Silahlı Qüvvələrinə verilmiş silahların əvəzinə Amerika silah ehtiyatlarının bərpası üçün konqresdən gizli şəkildə əlavə 24 milyard dollar tələb edib.

Oxşar xəbərlər

ABŞ Ukraynaya növbəti silah paketi ayırıb
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
Bayden gizli şəkildə Konqresdən Ukrayna üçün əlavə vəsait istəyib
Pentaqon Ukraynaya 250 milyon dollarlıq növbəti hərbi yardım tranşı ayırıb
ABŞ Ukraynaya 425 milyon dollar dəyərində silah paketi ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər