Pentaqon Ukraynaya 250 milyon dollarlıq növbəti hərbi yardım tranşı ayırıb
ABŞ hökuməti Ukraynaya 250 milyon dollar dəyərində hərbi yardım tranşının ayrıldığını elan edib.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks” Pentaqondan təqdim olunan açıqlamaya istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukraynaya verilən silahlar ölkənin ən təcili ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.
“O cümlədən, hava hücumundan müdafiə raketləri, reaktiv yaylım atəşi sistemləri və top artilleriyası üçün döyüş sursatları, zirehli texnika və tank əleyhinə silahlar veriləcək”, - məlumatda deyilir.
Pentaqondan bildirilib ki, söhbət yeni silahların alınmasından yox, ABŞ hərbi anbarlarında saxlanılan silahların verilməsindən gedir.
Yardım paketinə “M113” zirehli transportyorları, “Bradley” piyadaların döyüş maşınları, mina əleyhinə gücləndirilmiş təkərli zirehli maşınlar, HIMARS reaktiv yaylım atəşi sistemi üçün raketlər, top artilleriyası üçün 155 və 105 mm-lik mərmilər daxildir.
Pentaqon həmçinin “Stinger” daşınan zenit-raket sistemi üçün raketlər, TOW tank əleyhinə raket kompleksi, AT4 tank əleyhinə qumbaraatan, “Javelin” tank əleyhinə raket kompleksi, “RIM-7” zenit raketləri və patrul katerlərinin Ukrayna tərəfinə veriləcəyini bəyan edib.
Oxşar xəbərlər
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-ın Ukraynaya yeni yardım paketinə HIMARS raketləri və artilleriya mərmiləri daxildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pentaqon Ukraynaya 1,7 milyard dollarlıq iki silah paketi elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni silah partiyası ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












