ABŞ və Britaniya Sənadakı husi obyektlərinə hücum edib
sizinxeber.az xəbər saytı

ABŞ və Britaniya Sənadakı husi obyektlərinə hücum edib


Amerika Birləşmiş Ştatları və Böyük Britaniya "Ənsar Allah" (husilər) hərəkatının nəzarətində olan Sənadakı hərbi obyektlərinə bir sıra hava zərbələri endiriblər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə TASS-a hərəkatdakı mənbə məlumat verib.

"Amerika və Britaniya qüvvələri şənbə axşamı Sənaya üç zərbə endirərək şəhərin bir neçə rayonunda hərbi bazalara və silah anbarlarına hücum ediblər. Təyyarələr Yəmən hava məkanında fəaliyyət göstəriblər”, – agentliyin həmsöhbəti bildirib.

Mənbənin sözlərinə görə, Ən-Nahdeyn, Əs-Sabin və Əl-Hafa rayonları zərbələrə məruz qalıb.

“Şəhərdə güclü partlayışlar eşidilib”, – o, hücumun nəticələri, o cümlədən mümkün ölənlər və yaralananlar barədə məlumat verməkdən imtina edib.

Oxşar xəbərlər

ABŞ və Britaniya hərbçiləri husilərin Hudeydədəki bazasına hücum edib
ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəməndəki hədəflərə hücum edib
ABŞ və Britaniya husilərin hədəflərinə zərbələr endirib
KİV: ABŞ və Britaniya Yəməndə husilərə zərbələr endirib
ABŞ və Böyük Britaniya husilərin Yəməndəki obyektlərinə zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle