Amsterdamda futbol matçından sonrakı hücumda 10 israilli azarkeş xəsarət alıb
Amsterdamda yerli "Ayaks" və Təl-Əvivin "Makkabi" klubları arasında keçirilən futbol matçından sonra ən azı on israilli azarkeş hücuma məruz qalıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.
“Ynet” portalı bildirir ki, hücum edənlərin bəziləri Fələstin bayraqlarını daşıyıb və şüarlar səsləndiriblər. Məlumata görə, təxminən 30 nəfər saxlanılıb.
İsrailin Baş naziri Benyamin Netanyahu israillilərin təxliyəsi üçün Amsterdama iki təyyarə göndərib. O, Niderland hakimiyyətindən İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün qiyamçılara qarşı qətiyyətli tədbirlər görülməsini tələb edib.
Oxşar xəbərlər
Amsterdamda Tel-Əvivin “Makkabi” FK-nun azarkeşlərinə silsilə hücumlar olub
Fransanın müdafiə naziri israilli rəsmilərlə Qəzzadakı son durumu müzakirə edib
Livandan İsrail ərazisinə 180-dən çox raket və PUA atılıb
Avropa Liqası: "Ayaks"ı Bakıda dəstəkləmək üçün Niderlanddan 500-ə yaxın azarkeş gələcək
Qəzzadakı əməliyyatı dəstəkləyən israilli futbolçu Türkiyəni tərk edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













