sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Avropa Liqası: "Ayaks"ı Bakıda dəstəkləmək üçün Niderlanddan 500-ə yaxın azarkeş gələcək
"Ayaks" komandasını Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun oyununda dəstəkləmək üçün Niderlanddan 500-ə yaxın azarkeş gələcək.
Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub rəsmisi Amsterdam təmsilçisinin fanatları üçün 460 bilet istədiyini vurğulayıb:
"Ayaks" sabah axşam saatlarında Bakıya gələcək. Klubun media komandası və iki yayımçı TV də Azərbaycana səfər edəcək".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks" matçının biletləri bu gün satışa çıxarılacaq
"Qarabağ" - "Malmö" matçını izləmək üçün Bakıya 50-yə yaxın isveçli azarkeş gələcək
UEFA Millətlər Liqası: Azərbaycanla oyun üçün İsveçdən 65 azarkeş gələcək
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter"dən ayrılan futbolçunu transfer edib
UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibi futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













