ABŞ ordusu Rusiya və Çin peyklərini zərərsizləşdirmək üçün silah alacaq
ABŞ-nin Kosmik Qüvvələri 2025-ci ildə Rusiya və Çin peyklərini zərərsizləşdirmək üçün silah alacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” Kosmik Qüvvələrə istinadən məlumat yayıb.
“Meadowlands” adlanan sistem “L3Harris” şirkəti tərəfindən hazırlanıb. Yeni kompleks 2020-ci ildən istismarda olan “Counter Communications System”in asanlaşdırılmış versiyasıdır. Qeyd olunur ki, “Meadowlands” daha çox tezlikləri sıxışdıracaq yenilənmiş proqram təminatı ala bilər.
ABŞ Kosmik Sistemlər Komandanlığı “Meadowlands” sisteminin bütün sistem səviyyəli sınaqlarını sentyabrda tamamladığını bildirib. 2025-ci ilin birinci rübündə hərbçilər ilk beş kompleksin nə vaxt döyüşə hazır hesab ediləcəyini müəyyənləşdirəcəklər.
Oxşar xəbərlər
Birləşmiş Ştatlar 2025-ci ildə Çin və Rusiya peyklərini yatırmaq üçün silah əldə edəcək
Qazaxıstan və Özbəkistan birgə kosmik peykləri orbitə çıxarmaq niyyətindədir
Rusiya İrandan ballistik raketlər alacaq
Pentaqon Yaponiyada yeni komandanlıq yaratmaq niyyətindədir
Günəşdə yeni güclü partlayış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











