“Mossad” rəhbəri girovlarla bağlı danışıqların bərpası üçün amerikalı həmkarı ilə görüşəcək
İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea oktyabrın 27-də Dohada Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Al-Tani və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börnslə israilli girovların azad edilməsi ilə bağlı danışıqların bərpası məsələsini müzakirə edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail Baş naziri Binyamin Netanyahunun ofisinə istinadən yazıb.
Məlumata görə, Dohada tərəflər HƏMAS yaraqlılarının bir ildən çox saxladığı girovların azad edilməsi ilə bağlı danışıqların bərpası üçün müxtəlif variantlar ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd olunub ki, ABŞ-nin dövlət katibi Antoni Blinken hazırda Qətərdədir.
HƏMAS-ı danışıqlarda kimin təmsil edəcəyi hələ bəlli deyil. CNN-ə görə, Qəzza ərazisi xaricində əlaqə üçün əsas şəxs Xəlil əl-Həyya hesab olunur.
Daha əvvəl Blinken bildirmişdi ki, HƏMAS-ın Siyasi Bürosunun rəisi Yəhya Sinvarın son ölümü İsrailə Qəzzadan girovların qaytarılması şərtlərini razılaşdırmaq və Yaxın Şərqdəki münaqişələri həll etmək üçün imkan yaradır.
Oxşar xəbərlər
HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün Qahirəyə gələcək
Bu gün Misirdə Yaxın Şərqdə atəşkəslə bağlı danışıqlar aparılacaq
KİV: Dohada Qəzza üzrə danışıqlarda irəliləyiş əldə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
