BMT Baş katibi: İnkişaf etməkdə olan ölkələr biomüxtəliflik və maliyyə bərabərsizliyi böhranı ilə təhdid olunur
sizinxeber.az xəbər saytı

BMT Baş katibi: İnkişaf etməkdə olan ölkələr biomüxtəliflik və maliyyə bərabərsizliyi böhranı ilə təhdid olunur


Biomüxtəliflik böhranı, iqlim dəyişikliyi və maliyyə bərabərsizliyi problemləri inkişaf etməkdə olan ölkələri təhdid edir.

"Sizinxeber.az"un Kazana ezam olunan əməkdaşının məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının genişləndirilmiş iclasında bildirib.

"Böhranlar bir çox həssas ölkələri təhdid edir. Vəziyyət dəyişməlidir", - o qeyd edib.

A.Quterreş sentyabrda keçirilən Gələcək Sammitində çoxtərəfliliyin gücləndirilməsi, sülhün və davamlı inkişafın, eləcə də insan hüquqlarının təşviqi üzrə "yol xəritəsi"nin təqdim edildiyini xatırladıb.

"İqlim dəyişikliyi ilə mübarizə üzrə bugünkü maliyyələşdirmə sistemi bir çox həssas ölkələrə lazımi sosial təminat səviyyəsinə çatmağa imkan vermir", - o bildirib.

Oxşar xəbərlər

BMT-nin baş katibi BRICS sammitində iştirak edəcək
Quterreş BRİCS sammitində iştirak üçün Kazana gedib
Con Podesta: Uyğunlaşmada ən az inkişaf etmiş ölkələrə dəstəyin gücləndirilməsi lazımdır
Braziliya XİN başçısı: BMT Nizamnaməsinə yenidən baxılması təklifini planlaşdırırıq
Antonio Quterreş İlham Əliyevi təbrik etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle