Zaxarova: Qərbin destruktiv siyasəti nüvə təhlükəsi səviyyəsini ciddi şəkildə artırıb
sizinxeber.az xəbər saytı

Zaxarova: Qərbin destruktiv siyasəti nüvə təhlükəsi səviyyəsini ciddi şəkildə artırıb


Qərbin hərəkətləri nüvə təhlükəsi səviyyəsinin ciddi şəkildə artmasına səbəb olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Hazırda Qərbin nüvə dövlətləri arasında birbaşa hərbi toqquşmaya səbəb ola biləcək destruktiv siyasəti nəticəsində nüvə təhlükəsinin səviyyəsi ciddi şəkildə artıb", - diplomat bildirib.

O, Rusiyanın bununla bağlı həm ABŞ-yə, həm də onun izi ilə gedən digər NATO üzvlərinə açıq şəkildə xəbərdarlıq etdiyini vurğulayıb.

"Düşünmədən Amerika kursunu izləmək əvəzinə, onun təxribatçı və son dərəcə təhlükəli xəttinin səbəb ola biləcəyi fəlakətli nəticələri dərk etmək lazımdır", - M.Zaxarova əlavə edib.

Oxşar xəbərlər

Çin ABŞ-ni nüvə təhlükəsinin ən böyük mənbəyi adlandırıb
Pxenyan Vaşinqtonla nüvə qarşıdurmasına hazır olduğunu açıqlayıb
Zaxarova: Borrellin “reseptlərindən” sonra Aİ ilə Rusiya arasında hərbi toqquşma riski var
Zaxarova: Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər
Zaxarova: Cənubi Qafqazda sülhün qorunması üçün əlimizdən gələni etməliyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər