İsrail ordusu Qəzzanın şimalında yeni əməliyyata başladığını açıqlayıb
İsrail hərbçiləri gecə Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsində HƏMAS hərəkatının yaraqlı dəstələrinə qarşı əməliyyata başlayıb, onlarla hədəfə hücum edilib.
“Report” xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinin əvvəlcədən əldə etdiyi kəşfiyyat məlumatları, cari vəziyyətin qiymətləndirilməsi və İsrail Müdafiə Qüvvələrinin sahə fəaliyyətləri əsasında Qəzza zolağının şimalındakı Cəbaliya bölgəsində terrorçuların və terror infrastrukturunun mövcudluğunu göstərən, həmçinin HƏMAS-ın bu bölgədə öz əməliyyat potensialını bərpa etmək cəhdləri fonunda 162-ci diviziya bu gecə, bazar günü Cəbaliya bölgəsində fəaliyyətə başlayıb”, – məlumatda deyilir.
Ordunun bəyanatına görə, əməliyyatdan əvvəl və artıq onun gedişində quru bölmələrinin fəaliyyətini dəstəkləmək üçün İsrail Hərbi Hava Qüvvələri bu bölgədə “onlarla hərbi hədəfə” zərbələr endirib. “Vurulmuş hədəflər arasında silah anbarları, yeraltı infrastruktur obyektləri, terrorçu dəstələri və digər hərbi infrastruktur obyektləri var idi”, – mətbuat xidməti diqqətə çatdırıb.
“Bu bölgədəki terror infrastrukturunun sistematik məhv edilməsinə yönəlmiş əməliyyat məqsədlərinə çatmaq üçün lazım olduğu qədər davam edəcək”, – ordudan bildirilib.
Oxşar xəbərlər
İsrail ordusu Livanda onlarla hədəfə yeni zərbələr endirib
İsrail ordusu Livanda hədəflərə yeni zərbələr endirib
İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın onlarla obyektinə zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
