Çin KXDR ilə strateji koordinasiyanı gücləndirməyə hazır olduğunu açıqlayıb
Pekin Pxenyanla strateji əməkdaşlığı və dostluq mübadiləsini dərinləşdirməyə hazır olduğunu bildirir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen Ina ünvanladığı teleqramında bildirib.
Onun sözlərinə görə, Çin və KXDR dostluğu zamanın sınağından çıxıb, iki ölkə və xalqın ümumi sərvətinə çevrilib:
“Mən iki ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm. Pekin Pxenyanla birlikdə iki ölkə xalqlarının rifahı naminə sosialist işinin davamlı və uzunmüddətli inkişafına yardım etməyə hazırdır”.
Pekin Pxenyanın əsas iqtisadi tərəfdaşıdır. Çin gömrük statistikasına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə 3,2 dəfə, 2023-cü ildə isə 2,3 dəfə artaraq 2,29 milyard dollar təşkil edib.
Oxşar xəbərlər
Si Cinpin: Çin Şimali Koreya ilə strateji anlaşmanı dərinləşdirməyə hazırdır
Si Cinpin: Çin öz suverenliyini və maraqlarını qətiyyətlə müdafiə etməkdə davam edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
